Bildiyiniz kimi, Google bütün imkanları ilə bərabər, həm də dünyanın ən böyük reklam
qəbul etmə və yayımlama təşkilatıdır.
Google şirkətinin reklamları, öz saytlarından başqa dünyanın bütün ölkələrində yüzminlərlə
saytda da yayımlanır.
Azərsaytla Google arasında olan rəsmi anlaşmaya əsasən Azərsayt Reklamlar Departmenti Azərbaycan
Respublikası üzrə çox sərfəli qiymətlər və şərtlərlə reklam qəbul edə bilər.
Google-da reklam yayımlamağın üstünlükləri:
1- Reklamlar istənilən dildə yayımlana bilər.
2- Reklamlar yazı, şəkil və ya flaş formatlarında ola bilər.
3- Reklamlar aşağıdakı ölçülərdən birində və ya hamısında ola bilər:
468 x 60 Banner (Bu ölçünün nümunəsi)
728 x 90 Leaderboard (Bu ölçünün nümunəsi)
250 x 250 Square (Bu ölçünün nümunəsi)
200 x 200 Small Square (Bu ölçünün nümunəsi)
336 x 280 Large Rectangle (Bu ölçünün nümunəsi)
300 x 250 Medium Rectangle (Bu ölçünün nümunəsi)
120 x 600 Skyscraper (Bu ölçünün nümunəsi)
160 x 600 Wide Skyscraper (Bu ölçünün nümunəsi)
4- Reklamlar reklamçının istəyinə əsasən istənilən ölkədə və ya bütün dünya üzrə yayımlana bilər.
5- Reklamın yayımına günlük limit təyin etmək olar.
6- Reklamın yayımına uyğun limitsiz açar sözləri təyin etmək olar.
Azərsayt vasitəsi ilə Google şirkətinə reklam vermənin ən üstün cəhətləri:
1- Google-da hər bir reklamın yayımı üçün, reklam xərcindən başqa, reklamçı 20 ABŞ Dolları qeydiyyat pulu ödəməlidir.
Azərsayt vasitəsi ilə yayımlanan reklamlara QEYDİYYAT PULU ALINMIR.
2- Bir başa reklam yayımına Google hər bir klik üçün reklamçıdan 5 sentlə 30 sent arası pul alır.
Amma Azərsayt vasitəsi ilə yayımlanan reklamların qiyməti standard olaraq, hər bir klik üçün YALNIZ 3 SENTdir.
3- Bir başa reklam vermək üçün, reklamçının Viza kartı olmalıdır və Viza kartının bütün bilgilərini Google şirkətinə verməlidir.
Belə çıxır ki, reklamçının Viza kartı yoxdursa, reklam verə bilməz!
Amma Azərsayt vasitəsi ilə yayımlanan reklamlara VİZA KART LAZIM DEYİL. Reklamçı, reklamının pulunu üz-üzə və ya bank hesabı ilə Azərsaytın hesabına köçürə bilər.
4- Birbaşa reklam verildiyi halda, reklamın yoxlanması və başqa iş prosesləri ən azı 24 saat zaman tələb edir.
Amma Azersayt vasitəsi ilə qəbul olunan reklamların, YALNIZ BİR SAAT İÇƏRİSİNDƏ yayımına başlanır.
5- Birbaşa reklam vermək üçün, reklamçının az da olsa Google Reklam Panelleri ilə tanışlığı və təcrübəsi olmalıdır.
Amma Azərsayt vasitəsi ilə yayımlanan reklamların bütün işlərini Azərsayt Reklamlar Departmentinin mütəxəssisləri yerinə yetirir.
6- Azərsayt vasitəsi ilə yayımlanan reklmların sahibinə hər 24 saatın bitdiyi anda, e-mail vasitəsi ilə son 24 saatın bütün statistikasını əks etdirən rəsmi raport göndərilir.
Həmin raportlarda son 24 saata məxsus bu bilgilər əks etdirilir:
- Reklamın yayımlanma sayı
- Üzərinə olan kliklərin sayı
- Kliklərin hansı saytlardan olunduğu
- Kliklərin hansı açar sözlərin yardımı ilə olunduğu
- və ...
Əlavə məlumat:
- Verilən reklamın ümümi dəyəri ən azı 150 ABŞ Dolları olamlıdır.
- Reklamların göstərilməsi və yayımı tam pulsuzdur. Reklam limitsiz olaraq yayımlanır və buna görə hər hansı bir ücrət haqqı alınmır. Sadəcə kliklər əsasında pul hesablanır.
- Verilən reklamın ümumi dəyəri ən azı 500 ABŞ Dolları olarsa, artıq hər klikin dəyəri 3 Sent deyil, 2 Sent olaraq hesablanır.
Ən çox sorulan suallar:
Google reklamları necə yayımlayır?
1- Google şirkətinin dünyada misli və analoqu olmayan nəhəng softwareləri (proqramları) ilə bərabər orada
çalışan minlərlə mütəxəssisi gecə-gündüz verilmiş reklamları reklamçının tələbinə uyğun yayımlayır.
2- Google şirkətinə verilən reklamların yayımı reklamçının tələbinə uyğun olaraq, bir ölkə, bir neçə
ölkə və ya bütün dünya üzrə yayımlanır. Dediyimiz kimi, bu isə hər bir reklamçının öz istəyindən asılıdır.
3- Dünyanın bütün ölkələrində bütün dillərdə olan yüzminlərlə sayt Google ilə reklam yayımı əməkdaşlığı etməkdədir.
Onların içərisində normal saytlardan tutmuş, dünya səviyyəsində tanınan Facebook, Youtube, CNN, Myspace kimi saytları göstərmək olar. Verilən reklamlar, reklamçının tələb etdiyi ölkə və ya ölkələrdə avtomatik olaraq bütün bu saytlarda yayımlanır.
Bundan başqa, Google-un öz rəsmi axtarış saytında da insanlar reklamın mövzusuna uyğun sözləri axtaran zaman, həmin reklam səhifənin üst və ya sağ tərəfində (Sponsor linkləri) başlığı altında insanlara göstərilir.
Amma reklamların çoxluğunu nəzərə alaraq, eyni reklam hər dəfə eyni saytda və eyni yerdə görünməyə bilər. Bunu həm reklam çoxluğuna görə, həm də reklamçının reklam keyfiyyətinin qorunması məqsədi ilə proqramla avtomatik olaraq tənzimləyir.
4- Ola bilər bir reklam bir gün ərzində deyilən saytlarda hətta yüzmin dəfə yayımlansın. Bu yayımlar tam pulsuzdur. Bunun üçün
reklamçının pulundan hətta bir sent silinmir. Yalnız reklamın üzərinə tıklanan zaman pul silinir.
Mənim reklamım hansı dildə yayımlansa daha effektli ola bilər?
Bu sizin iş və biznesinizdən asılıdır. Əgər sizin işiniz yalnız Azərbaycan Respublikası daxili üçündürsə, təbii ki, reklamınızı Azərbaycan dilində yayımlasanız, daha effektli olar.
Amma əgər işiniz beynəlxalq səviyyədədirsə, reklamın həm Azərbaycan dilində, həm də ingilis dilində yayımlanması mütəxəssislər tərəfindən məsləhət görünür.
Mənim reklamım hansı ölkələrdə yayımlansa daha effektli ola bilər?
Bu sizin biznesinizdən asılıdır.
Misal üçün əgər siz hansısa malın satışı ilə məşqulsunuz və ya bir dükanınız var və onu reklam edirsiniz.
Təbii ki, bunun xarici ölkələrdə yayımlanmasının sizə hansısa xeyri yoxdur. Sadəcə xarici ölkələrdə üzərinə tıklanıla bilər, tıklamaya görə sizin pulunuzdan silinər, və həmin tıklanmanın sizə heç bir xeyri də olmaz. Buna görə də belə durumlarda, reklamınızın yalnız Azərbaycan üzrə yayımlanması sizin işinizə uyğun və məsləhətdir.
Başqa bir misal:
Əgər siz turist işi ilə məşqulsunuzsa, durum tam fərqlənir. Belə halda sizin reklam Azərbaycandan kənarda da yayımlanmalıdır. Hansı ölkələrdə yayımlanması isə sizin hansı ölkələrlə əlaqəli iş gördüyünüzdən asılıdır.
Mən istəyirəm insanlar Google və Yahoo kimi saytlarda axtarış aparanda, mənim saytım səhifənin üst və ya sağ tərəfində (Sponsor linkləri) başlığı altında deyil, ümumiyyətlə axtarış nəticələrinin ilk sətirlərində görünsün. Bu mümkündürmü?
- Dediyiniz yerlərdə saytınızın görünməsi tam pulsuzdur. Bunun üçün heç bir təşkilat və ya şirkət pul almır. Burada göstərilən saytlar, axtarılan söz üzrə həmin ölkədə ən çox baxılan saytlardır.
Google, Yahoo və bunun kimi dünya səviyyəli axtarış motorları axtarılan söz üzrə tapdığı saytları onların populyarlığına görə avtotmatik olaraq sıralayır. Ən populyarlar səhifənin başından göstərilməyə başlayır.
Bir sual araya çıxır: Bu axtarış motorları saytların populyar olub-olmadığını haradan bilir?
Axtarış motorlarını saytın içində yazılan mövzu maraqlandırmır. Ola bilər bir ölkədə prezident sözünü axtaran olur. Yaxşı, bu həmin ölkə prezidentinin saytını başda göstərməlidir. Amma bir də görürsən ki, başda prezidentin saytı deyil, hansısa mənasız və dəxli olmayan bir sayt başda görünür. Bunun səbəbi həmin mənasız saytın daha çox ziyarətçisi olmaqla bağlıdır. Axtarış motorları saytların populyarlığını onalrın ziyarətçilərinin sayına görə təyin edir.
Nəticə: Əgər siz də saytınızn həmin yerdə görünməsini istəyirsinizsə, bunu doğrultmaq üçün ən azı iki-üç ay saytınızı əlinizdən gəldiyi qədər reklam etməli, müxtəlif yollarla ziyarətçi cəlb etməlisiniz. Bununla da həmin iki-üç ay içərisində axtarış motorları saytınızı tanıyacaq və bundan sonra axtarışlarda onu ən yuxarı siralarda göstərəcək. Məqsədiniz buna nail olmaqdırsa, geniş yayımlı reklam yeri almalı, onun yayımını isə yalnız Azərbaycanda deyil, bütün dünya üzrə təmin etməlisiniz. İki-üç aydan sonra, saytınızı istədiyiniz yerlərdə görə biləcəksiniz.
Mən reklamımın bir gündə yayımlanıb ödədiyim pulun bitməsini istəmirəm. Ödədiyim pulla bir ay və ya aylarla reklamımı yayımlaya bilərəmmi?
- Əlbəttə, bu mümkündur. Misal üçün siz 150 Dollar reklam pulu ödəmisiniz. Bu, 3-4 gün içərisində yayımlanıb, tıklanılıb bitə bilər.
Həmin pulla daha uzun müddətli yayımlanmasını istəyirsinizsə, reklamınızın yayımına günlük limit təyin edə bilərsiniz. Məsələn hər gün üçün bir dollar limit təyin etsəniz, reklam 5 ay yayımlanacaq. Və ya günlük limitinizi 10 Dollar təyin etsəniz, reklamınız həmin pulla 15 gün yayımlanacaq.
Amma bunu da nəzərə almalısınız ki, az yayılan reklamın effekti də az olacaq.
Mən reklam pulu ödəmişəm, amma öz reklamımı görə bilmirəm. Səbəbi nədir?
- Bunun bir neçə səbəbi ola bilər:
A- Ola bilər sizin baxdığınız gün reklamınızın günlük yayım limiti bitmişdir.
B- Ola bilər axtardığınız söz, sizin reklamınızın açar sözlüklərinə uyğun deyil.
C- Reklamlar hər dəfə axtarılanda mütləq göstərilmir. Göstərilməni avtomatik olaraq, proqramlar yerinə yetirir. Bu da ola bilir ki, eyni zamanda on dəfə axtarıldıqda, hər onunda da göstərilsin, ola da bilər heç birində göstərilməsin. Bunlar isə Google-un proqramlarından asılıdır. Amma təbii ki, açar sözləri və günlük limiti artırmaqla, az da olsa buna təsir göstərmək olar.
Reklamın üzərinə klik ediləndə hansı sayt açılacaq?
- Reklam verdiyiniz zaman, saytınızın adresini də bizə verməlisiniz. Əməkdaşlarımız isə reklamınızı elə
tənzimləyəcəklər ki, insanlar reklamınızın üzərinə klik edəndə, sizin sayt açılsın.
Əgər sizin saytınız yoxdursa, Azersayt tam ucrətsiz olaraq sizə bu imkanı yaradır. Siz reklam vermədən öncə
bu səhifəyə daxil olub, öz saytınızı tam pulsuz olaraq istədiyiniz kimi yaradır, sonra reklam verməyə başlayırsınız. Reklamınıza klik olunan zaman isə, bu saytınız açılır.
Reklam vermə yolu
Reklamlarınızın dərci və ya hər hansı ətraflı məlumat üçün AzerSayt Reklamlar Departmentinin məsulu A. Kərimova ilə bu adres vasitısi ilə əlaqə saxlaya bilərsiniz:
reklam@azersayt.com
Və ya Amerika və Kanada üzrə bu telefon nömrəsinə zəng edə bilərsiniz:
001-604-899-2394 (Burada dörd Azərbaycan, İngilis, Rus və Fars dillərində danışan əməkdaşlarımız reklam barədə olan zənglərinizi qəbul edə bilərlər).
Və ya buraya tıklayaraq bu form vasitəsi ilə bizə yazın.